Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Nikol Paşinyan hakimiyyətinin Qərbdən asılılığı ilə bağlı müzakirələr yenidən qızışıb.
Musavat.com armtribunal.com-a istinadən xəbər verir ki, Stanford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Paşinyan hakimiyyətinə qarşı ağır ittihamlar səsləndirib.
Xaçikyan açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Benə istinad edərək Ermənistan cəmiyyətinin Qərbdən gələn qrantların mahiyyətinə “sadəlövh” yanaşdığını bildirib. Professorun təqdim etdiyi sitata görə, Ben bu vəsaitlərin ABŞ kəşfiyyat strukturları ilə əlaqəli olduğunu iddia edib. “Bu qrantlar xarici kəşfiyyatın, Mərkəzi Kəşfiyyat İdarəsinin əlindən gəlir. Siz hələ də bunun CIA olduğunu başa düşmürsünüz?” deyə, Xaçikyan Dövlət Departamentinin əməkdaşından sitat gətirib.
Xaçikyan isə daha da irəli gedərək Ermənistan hakimiyyətini “Qərbin marionetkaları” adlandırıb.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin arxasında ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları dayanır və ölkənin xarici siyasət kursu məhz bu qüvvələrin maraqları istiqamətində dəyişdirilir. Onun fikrincə, İrəvan Moskva ilə münasibətləri zəiflətməklə əvəzində Qərbdən gözlədiyi təhlükəsizlik təminatlarını əldə edə bilməyib.

Bu iddialar Paşinyan hakimiyyətinin özünü “suveren Ermənistan” siyasətinin müəllifi kimi təqdim etdiyi bir vaxtda səslənir. Məsələ xüsusilə diqqət çəkir, çünki saytın digər materiallarında da Ermənistan hakimiyyətinin siyasi kursu kəskin şəkildə tənqid edilir. Sayt Paşinyanın siyasətini Ermənistanın danışıqlardakı mövqelərinin zəifləməsi, Qarabağın itirilməsi və ölkənin təhlükəsizlik sisteminin sarsılması ilə əlaqələndirir.
Musavat.com
03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ