Onlayn ictimai-siyasi qəzet
Çində texnologiya həvəskarının ölü kral yengəcinin qabığından hazırladığı qeyri-adi robot sosial şəbəkələrdə böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, çinli usta ölü kral yengəcinin qabığını elektronika, naqillər və mexaniki qurğularla təchiz edərək onu hərəkət edən robota çevirib.
Usta yengəcin hər bir ayağına ayrıca hərəkət mexanizmi yerləşdirib, gövdəsi boyunca isə LED işıqlar quraşdırıb. Nəticədə robot ayaqlarını hərəkət etdirir və qısqacını açıb-bağlaya bilir.
“Frankenkrab” adlandırılan qeyri-adi robotun hazırlanmasına 15 gün vaxt sərf edilib.
Yayılan videoda müəllif robotu əlində saxlayaraq onun ayaq və qısqaclarının necə işlədiyini nümayiş etdirir.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ