İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimiz Türkiyəyə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Musavat.com xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22). 

Qeyd edək ki, Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

 

 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR