İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda FACİƏ: Kişi valideyninin evini yandırdı - FOTO

Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Musavat.com "Report"a istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir - red.) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Hadisənin təfərrüatı və yanğının dəqiq səbəbləri araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR