Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Volqoqrad şəhərində diqqətçəkən hadisə baş verib. 1961-ci ildə destalinizasiya dövründə sökülən İosif Stalinin barelyefi 65 ildən sonra yenidən əvvəlki yerinə qaytarılıb.
Musavat.com xəbər verir ki, Stalinin barelyefi Volqoqrad Dövlət Tibb Universitetinin fasadında bərpa olunub. O, Karl Marks, Fridrix Engels və Vladimir Leninin barelyeflərinin yanında yerləşdirilib.
Stalinin təsvirinin binadan götürülməsi 1961-ci ildə SSRİ-də Nikita Xruşovun hakimiyyəti dövründə aparılan destalinizasiya kampaniyası ilə bağlı idi. Həmin dövrdə Stalin şəxsiyyətinə pərəstişin izləri kütləvi şəkildə aradan qaldırılır, onun abidələri və təsvirləri sökülürdü.
İndi isə 65 ildən sonra Stalinin barelyefinin yenidən universitetin fasadına qaytarılması diqqət çəkib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Hadisəni tənqid edənlər bunu Stalin dövrünə və şəxsiyyətə pərəstiş simvollarına münasibətin dəyişməsinin daha bir nümunəsi kimi qiymətləndirirlər. Müzakirələrdə “terror və şəxsiyyətə pərəstiş dövründən növbəti dəfə nə geri qaytarılacaq?” sualı da səsləndirilir.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ