İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda 2 sentyabr ağlaşmasına hazırlıq

Azərbaycanın Qarabağ ərazisində separatçı rejimin fəaliyyətinə son qoyulmasından sonra Ermənistana sığınan rejimin tör-töküntüləri yenidən “siyasi səhnəyə” çıxmağa cəhd göstərirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sentyabrın 2-də qondarma “Artsax”ın elan edilməsinin 35-ci ildönümü münasibətilə İrəvanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu barədə separatçı qurumun İrəvandakı “İnformasiya qərargahı” məlumat yayıb.

Plana əsasən, saat 10:00-da İrəvanın “Yerablur” panteonunda qondarma “Artsax çağırışı” memorialına gül qoyulacaq. Saat 16:00-da İrəvanda hələ də fəaliyyət göstərən qondarma “nümayəndəliyin” binasında toplantı keçiriləcək. Saat 17:00-da isə həmin nümayəndəliyin həyətində “Artsaxlı” musiqi kollektivlərinin iştirakı ilə mədəni proqram təşkil olunacaq.

Xatırladaq ki, 2 sentyabr Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birinin başlanğıcı hesab olunur. 1991-ci il sentyabrın 2-də Xankəndidə Dağlıq Qarabağ Vilayət Soveti və Şaumyan Rayon Sovetinin deputatlarının birgə iclası keçirildi. İclasda Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayonu ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan edildi.Başqa sözlə, Xankəndidə toplaşan separatçı qüvvələr Azərbaycan ərazisinin bir hissəsini özlərinin ayrıca siyasi qurumu kimi təqdim etməyə başladılar. Qəbul edilən “sənəddə” yeni qurumun Dağlıq Qarabağ Muxtar Vilayətinin və qonşu Şaumyan rayonunun sərhədləri daxilində yaradıldığı bildirilirdi.Bu addım sonrakı hadisələrin – silahlı qarşıdurmanın genişlənməsinin, ərazilərin işğalının və separatçı rejimin formalaşmasının siyasi-hüquqi təməli kimi istifadə edildi. Həmin dövrdə Sovet İttifaqının dağılması prosesi sürətlə gedirdi və regiondakı separatçı qüvvələr yaranmış siyasi xaosdan istifadə etməyə çalışırdılar.

Picture background

2 sentyabrda qəbul edilən “sənədlə” separatçılar özlərinə ayrıca “idarəçilik strukturları” formalaşdırmağa başladılar. Dekabrın 10-da isə qondarma qurumun “müstəqilliyi” ilə bağlı “referendum” keçirildi və separatçı “qanunverici və icra strukturları” yaradıldı. Beləliklə, 2 sentyabr sonradan separatçı rejimin əsas “bayram” gününə çevrildi. Xankəndidə həmin tarix hər il müxtəlif tədbirlərlə qeyd edilir, “müstəqillik” ideyası təbliğ olunur, separatçı rejimin keçmiş rəhbərləri və tərəfdarları bir araya gəlirdilər.2020-ci il Vətən müharibəsindən sonra separatçı rejimin ərazi üzərində nəzarəti faktiki olaraq sarsıldı, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra isə Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdi.Bu gün isə həmin rejimin tör-töküntüləri 2 sentyabrı yenidən “xatırlamaq”, Qarabağda birdəfəlik məğlub olmuş separatçı ideologiyanı guya yenidən dirçəltməyə çalışırlar.

Bu tədbirlərin indi daha həvəslə gündəmə gətirilməsi də diqqət çəkir. Rusiya Prezidenti Vladimir Putinin Xocalı faciəsində adı hallanan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın doğum günü münasibətilə ona göndərdiyi təbrik mesajı separatçı düşərgədə əlavə ruh yüksəkliyi yaradıb. Belə görünür ki, Moskvanın bu jestini özləri üçün siyasi siqnal kimi qəbul edən revanşist çevrələr yenidən “Artsax” kartını masaya çıxarmağa çalışırlar.

Amma çifayda...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR