İnsanlara hürriyət, millətlərə istiqlal!

Nepalda məktəb direktoru 900 şagirdi daşqından xilas etdi

Nepalın Nuvakot rayonunda yerləşən məktəbin direktoru Rajendra Davadi təbii fəlakət zamanı 900 şagirdin həyatını xilas edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Davadi məktəbdə olarkən dostlarından daşqın barədə mesaj alıb və bir ata qızını məktəbdən götürməyə gəlib. Direktor dərhal vəziyyətin ciddiliyini anlayaraq, hələ selin çatmadığı məktəbdən şagirdləri təxliyə etməyə başlayıb.

O vaxt məktəbdə təxminən 900 şagird olub. Daha 700 şagird ya məktəbə piyada, ya da servis avtobuslarında məktəbə yaxınlaşırmışlar. Davadi tez bir zamanda sürücülərə zəng edib və avtobusların geri qayıtmasını təmin edib. Məktəbdəki şagirdlər təhlükəsiz yerə təxliyə edilib.

Davadi “The Guardian” qəzetinə verdiyi açıqlamada bildirib ki, əgər təxliyə haqqında qərarı 10 dəqiqə sonra versəydi, o da, şagirdləri də bu gün sağ-salamat olmazdı.

Xilasedici tədbirlərə baxmayaraq, məktəb iki işçisi selə yaxalanıb və onlar itkin sayılırlar. Onlardan biri müəllim Santos Pariyordur. O, təxliyə olunmaqdan imtina edərək çay sahilindəki kirayə otağına gedib və hələ də tapılmır. Uşaqlar təxliyə edildikdən sonra məktəbin qapılarını bağlamağa gedən mühafizəçi Sultan Lama geri qayıtmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR