Onlayn ictimai-siyasi qəzet
Birinci Qarabağ müharibəsində şəhid olan Rövşən İsrafilovun anası Lazifə İsrafilova vəfat edib.
Musavat.com xəbər verir ki, Lazifə İsrafilova Xaçmaz rayonunun Qobuqıraq kəndində şəhid oğlunun məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Rövşən İsrafilovun adı doğulduğu Qobuqıraq kəndindəki məktəbə verilib. Hazırda həmin təhsil müəssisəsi şəhidin adını daşıyır.
İsrafilov Rövşən İsrafil oğlu 30 avqust 1973-cü ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olub. Subay idi. O, 5 iyun 1993-cü ildə Füzuli rayonunun Mankəltay kəndində Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
Allah rəhmət eləsin!

Şahanə Rəhimli
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ