İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda 46 yaşlı qadını maşın vurub öldürdü

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

Fakt üzrə araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR