İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevlə Putin Bişkekdə NƏLƏRİ müzakirə etdi? – Detallar TV Musavatda

Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.

Musavat.com xəbər verir ki, dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.
Bu arada, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində maraqlı görüntülər qeydə alınıb.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ŞƏT-in toplantısında çıxış etdiyi vaxt onun mətbuat katibi Dmitri Peskovun mürgülədiyi görüntülənib. Putin çıxışında ŞƏT-in 25 il ərzində keçdiyi inkişaf yolundan danışaraq təşkilatın çoxqütblü dünyanın mühüm mərkəzlərindən birinə çevrildiyini bildirib. O, həmçinin təşkilata üzv ölkələrin dünya əhalisinin təxminən yarısını təşkil etdiyini vurğulayıb. Həmin vaxt çəkilən kadrlarda Peskovun gözlərini yumaraq bir müddət mürgülədiyi görünür.

Qeyd edək ki, Putin avqustun 31-də ŞƏT sammitində iştirak etmək üçün Bişkekə gəlib. Səfər çərçivəsində Rusiya liderinin bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.

TV Musavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR