İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərdar Ortaçdan övlad istəməmişdi, indi isə... - FOTO

Türkiyəli müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı, irlandiyalı model Chloe Loughnan ana olmağa hazırlaşır.

2014-2019-cu illərdə Serdar Ortaçla evli olan Loughnan şəxsi həyatında yeni sevinc yaşayır. Bir müddətdir memar Fergus Hennessy ilə münasibətdə olan məşhur model 2023-cü ildə ondan evlilik təklifi alıb.

Münasibətini mediadan uzaq yaşamağa üstünlük verən Loughnan bu dəfə həyatındakı ən özəl xəbərlərdən birini sosial şəbəkə vasitəsilə paylaşıb. Model hamilə olduğunu nümayiş etdirən video yayımlayıb.

Böyüyən qarnını göstərən Loughnan paylaşımına “İndiyə qədərki ən sevdiyim bölüm” qeydini əlavə edib.

unlu-sanatcinin-eski-esi-hamil-20195359-7373_1_m.png (76 KB)

Chloe Loughnanın hamiləlik xəbərindən sonra Serdar Ortaçın keçmiş evlilikləri dövründə övlad sahibi olmaq istəyi ilə bağlı açıqlamaları da gündəmə gəlib.

Müğənni həmin vaxt ata olmağı çox istədiyini və bu barədə Chloe ilə tez-tez danışdıqlarını bildirmişdi. Ortaç açıqlamasında belə demişdi:

“6 ildir Chloe ilə birlikdəyəm, 2,5 ildir də evliyik. İlk gündən uşaq istədiyimi demişəm, amma o, hər il ‘Gələn il’ deyir. 2017-ci ildə də uşağım olmasa, biri qız, digəri oğlan olmaqla iki uşaq övladlığa götürəcəyəm. İnşallah, uşağım olar və övladlığa götürməyə ehtiyac qalmaz”.

Loughnanın hamiləlik xəbərinə sosial şəbəkədə çoxsaylı şərhlər yazılıb. Bəzi izləyicilər onun keçmiş həyat yoldaşı Serdar Ortaçla bağlı keçmişə istinad edən fikirlər səsləndiriblər.

“Kaş Serdardan bir uşaq dünyaya gətirəydin!”, “Serdar nə qədər uşaq istəyirdi” kimi şərhlər yazılıb.

Başqa bir istifadəçi isə zarafatla “Sən artıq bizim yengəmiz deyilsən” ifadəsini işlədib.

Könül
Musavat.com 

unlu-sanatcinin-eski-esi-hamil-20195359-9140_1_m.png (49 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR