İnsanlara hürriyət, millətlərə istiqlal!

İki uşaq anası qayınanasını öldürdü - Cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən Ruhanə İmanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib, təqsirləndirilən şəxsə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə müalicə məqsədilə dişə taxılan breketə görə baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Ruhanə İmanova qayınanası Xalidə Manafova ilə mütəmadi mübahisə edib. Qadın gəlini ilə oğlunu evdən çıxarmaq istəsə də, oğlunun imkansızlığından bu plan baş tutmayıb. Bundan sonra isə qayınana-gəlin arasında mübahisə şiddətlənib.

Bir müddət əvvəl R.İmanova həyat yoldaşının pulu ilə dişlərinə breket konstruksiya sistemi tətbiq etdirib. Bu isə X.Manafovanın xoşuna gəlməyib və nəticədə qayınana-gəlin arasında yeni mübahisə yaranıb. Mübahisə nəticəsində R.İmanova mətbəx bıçağı ilə qayınanasına 13 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.İmanova saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.İmanova 10 il azadlıqdan məhrum edilib./Pravda.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR