Onlayn ictimai-siyasi qəzet
Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb.
Aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor və aparıcı, 2006-2017-ci illərdə Lider televiziyasında baş rejissor və kanalın direktor müavini, 2017-2018-ci illərdə İctimai televiziyada Musiqi və xüsusi layihələr departamentinin direktoru, 2018-2023-cu illərdə Mədəniyyət kanalının direktor müavini, 2023-2026-ci illərdə MTV Azərbaycan kanalında musiqi departamentinin direktoru vəzifələrində çalışıb./Axşam.az/
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ