İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həmin insanlardan uzaq durun”

“Uzun müddətdir şeir səsləndirmək istəyirəm. Şişirtmirəm. Amma yaxşı axtara bilmirəm. Gözəl sandığım bütün şeirlər artıq oxunub. Yerdə qalan şeirlər arasında ruhumu, hisslərimi təlatümə gətirən, insanı darmadağın edəni yoxdur. Bilirsinizsə, məsləhət verin”.

Bu sözləri aktrisa Aydan Axundova sosial şəbəkə paylaşımında deyib. Aktrisa uzun müddətdir şeir səsləndirmək istədiyini, lakin axtardığı və hisslərini təlatümə gətirəcək əsəri tapa bilmədiyini bildirib. O, izləyicilərindən şeir tövsiyələri istəyib

Aktrisa paylaşımının davamında insan münasibətləri ilə bağlı fikirlərini də bölüşüb. O, yeni tanış olduğu və qısa müddətdə yaxınlıq göstərən insanlarla bağlı izləyicilərinə xəbərdarlıq edib:

“Ətrafınızda təzə tanıdığınız, sizi az tanıyan, amma təriflər yağdırıb sizinlə dost olmaq istəyən insanlardan uzaq durun. Fərq etməz, qadındır, ya kişi. Az tanısa belə, yaxınlıq göstərməyə çalışan insanların niyyəti heç vaxt yaxşı olmur.

İnsanlar iltifata yatkındır. Həyatınızda sizi tərifləyib manipulyasiya edən çoxdur. Bəlkə, bunu diqqət etmirsiniz. Tərifləri doğrultmaq üçün ayıqlığınızı itirir, onları özünüzə yaxın buraxırsınız. Kim sizi tərifləyirsə, dostunuz bilirsiniz. Amma onlar sizi yaxşı insan hesab etdirən, dostunuz olmayan insanlardır”./axsam.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR