İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamenti sədrliyinə namizəd: "Türkiyədə Adana kababı və İsgəndər kababı yeməyi sevirdim"

Musavat.com xəbər verir ki, Ermənistan parlamentinin spikeri postuna namizəd Ruben Rubinyan Türkiyədə təhsil aldığı dövrdən danışıb.

Müxalifətdəki "Güclü Ermənistan" blokunun deputatının sualını cavablandıran Rubinyan bildirib ki, Türkiyədə oxuduğu müddətdə dövlət qurumlarının nümayəndələri ilə heç vaxt görüşməyib.

Onun sözlərinə görə, o, yalnız Hrant Dink Fondunun proqramı çərçivəsində türk dili kursu keçib və Türkiyədə olması barədə məlumatı heç vaxt gizlətməyib.

Rubinyan çıxışı zamanı Türkiyədə ən çox Adana kababı və İsgəndər kababı yeməyi sevdiyini, bu yeməklərin çox dadlı olduğunu da bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR