Onlayn ictimai-siyasi qəzet
“Xəzər dənizinin üzləşdiyi ən böyük və ən çətin problem insan fəaliyyətlərinin məcmu təsiridir, bunun üzərinə iqlim dəyişikliyi də əlavə olunur”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində jurnalistlərə açıqlamasında BMT-nin Layihə Xidmətləri İdarəsinin (UNOPS) Çoxölkəli ofisinin direktoru Simonetta Siliqato bildirib.
O qeyd edib ki, sıx əhali məskunlaşması, təbii ehtiyatlardan dayanıqlı olmayan istifadə təcrübələri və iqlim dəyişikliyinin təsiri nəticəsində Xəzər dənizinin səviyyəsi aşağı düşür:
“Biomüxtəlifliyə də mənfi təsir göstərilir. Dəniz səviyyəsi azalır, suyun duzluluğu artır, sıx əhali məskunlaşmasının yaratdığı çirklənmənin təsiri də getdikcə artır. Hesab edirəm ki, sahilyanı ölkələrin bir araya gəlməsi, dialoq aparması və birgə fəaliyyət üçün siyasi öhdəlik götürməsi olduqca vacibdir. Daha sonra monitorinq məlumatlarının toplanması və bu məlumatlardan istifadə etməklə Xəzər dənizinin qorunması və idarə olunması üçün birgə fəaliyyət planlarının hazırlanması lazımdır. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Dünya Bankı ilə tərəfdaşlıq çərçivəsində və Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyə dəstəyi ilə sahilyanı ölkələri bir araya gətirmək, birgə monitorinq sistemi yaratmaq və ortaq məlumat bazaları formalaşdırmaq istiqamətində fəaliyyət göstərir. Bu məlumat bazaları gələcəkdə birgə fəaliyyət planlarının hazırlanması üçün istifadə oluna bilər.
Bu səylər nəticə etibarilə yalnız Xəzər dənizini deyil, həm də onun olduqca unikal və xüsusi biomüxtəlifliyini qorumağa kömək edəcək”.
Nigar Həsənli
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ