Onlayn ictimai-siyasi qəzet
Türkiyənin aparıcı iş adamlarından biri, “Koç Holdinq”in fəxri sədri, 95 yaşlı Rəhmi Koç bu dəfə biznes fəaliyyəti ilə deyil, qatıldığı şam yeməyindəki rəqsi ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" portalı məlumat yayıb.
Yayılan kadrlarda tanınmış iş adamının yaşına rəğmən sərgilədiyi yüksək enerji və dinamik rəqsi sosial şəbəkə istifadəçilərinin böyük marağına və rəğbətinə səbəb olub.
Rəhmi Koç kimdir?
Türkiyənin ən böyük şirkətlər qruplarından biri olan "Koç Holdinq"in qurucusu Vehbi Koçun oğlu Rahmi Mustafa Koç 9 oktyabr 1930-cu ildə Ankarada anadan olub. Təhsilini ABŞ-ın Cons Hopkins Universitetində sənaye idarəçiliyi üzrə tamamladıqdan sonra, 1958-ci ildə ailə biznesinə qoşularaq müxtəlif vəzifələrdə çalışıb.
1984-cü ildə atasının istefasından sonra "Koç Holdinq"in rəhbərliyini öz üzərinə götürən Rəhmi Koç, 2003-cü ildə idarəçiliyi oğlu Mustafa Koça ötürərək holdinqin fəxri sədri olub.
Bizneslə yanaşı xeyriyyəçilik və mədəniyyət sahəsində də fəallığı ilə seçilən iş adamının təşəbbüsü ilə 1994-cü ildə İstanbulda sənaye və nəqliyyat tarixini əks etdirən ilk böyük şəxsi muzey - "Rəhmi M. Koç Muzeyi" açılıb.
Maliyyə uğurları ilə də diqqət çəkən Rəhmi Koç 2013-cü ildə 37,5 milyon lirə vergi ödəməklə Türkiyənin ən böyük vergi ödəyicisi olub. "Forbes" jurnalı isə 2016-cı ildə onu 2,6 milyard dollar sərvəti ilə dünyanın 906-cı ən varlı şəxsi kimi göstərib.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ