Onlayn ictimai-siyasi qəzet
Zavodun damından yıxılan usta dünyasını dəyişib.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bədbəxt hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
İsmayıllı rayon sakini, 29 yaşlı Əfqan Babayev Sahil qəsəbəsində yerləşən kərpic zavodunun dam örtüyünü təmir edərkən oradan yıxılıb.
Zavoddan bildirilib ki, həmin şəxs kənardan dəvət edilmiş usta olub. Podratçı şirkətlə 1 günlük müqavilə imzalanıb və Əfqan Babayev də təmir işinə cəlb edilib. O, lazımi avadanlıqlarla təmin edilsə də, ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ