Onlayn ictimai-siyasi qəzet
Tanınmış jurnalist, Prime TV-nin qurucusu və rəhbəri Aygün Muradxanlı maraqlı yazı ilə çıxış edib.
Musavat.com xəbər verir ki, İranda baş verən son iğtişaşların mahiyyətinə və dərin qatlarına nəzər salan yazar, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin iqtidara gələcəyi ilə bağlı bəyanatlarını da sərt dillə tənqid edib.
Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub. 1979-cu il İslam İnqilabından sonra ailəsi ilə birlikdə İrandan çıxıb və uzun illərdir əsasən ABŞ-da yaşayır. Atasının devrilməsindən sonra özünü həm “taxt-tac iddiaçısı”, həm də “sekulyar, demokratik və xalqın iradəsinə əsaslanan İran” ideyasının təbliğatçısı kimi təqdim edir.
Aygün Muradxanlının bu barədə yazısını təqdim edirik:
ABŞ-ın istəyi ilə mehtərlikdən şahlığa dartılan Pəhləvilərin ən maymağı… 1979-da ailəsi ilə ölkəsindən qaçan, illərdir ABŞ-a sığınan bu kukla inanır ki, Ağ Ev onu İranda taxt-tac sahibi edəcək.
Bir yandan da başının ətini 90 yaşına varsa da, iqtidar hikkəsi ölməyən anası Fərəh yeyir.
Babası, atası kimi nəhəng bir ölkəyə necə bir bəla gətirəcəyini dərk etmir. Ölkəsindən, toplumdan o qədər qopuqdur…
ABŞ onu bir neçə ildir dövriyyəyə buraxıb. Ardıcıl izləyirəm. Bölgədən, İranın içərisindən o qədər xəbərsizdir ki, bəzən heyrət edirəm. Hətta ABŞ ona konkret konspekt versə belə, ölkə rəhbərliyinə iddialı şəxs onu yerli tələblərə uyğunlaşdırıb səsləndirməzmi? Onu da bacarmır. O qədər bəsirətsizdir…
İki gün qabaq açıqlama verib ki, iqtidara gəlirəm, türklərə görəv-filan verməyəcəyəm, çünki biz onları saymırıq… Siz də bərkdən “zırrama” dediniz?
Son prezident seçkisi İranda söz sahibinin, siyasəti şəkilləndirən kəsimin türklər olduğunu çox açıq şəkildə ortaya qoydu. Azərbaycanın qatılmadığı seçkidə vətəndaş iştirakı 10 faizi keçmədi. Yəni seçkiyə 10 seçicidən yalnız 1-i gəldi. Rejim türk Pezeşkiana MƏCBURƏN meydan verəndən sonra seçkinin ikinci turunda Azərbaycanın hesabına proses canlandı – türklər bütün İrana prezident seçdilər, siyasətin ürəyinin hər zamankı kimi Təbrizdə döyündüyünü sübut etdilər. Türk prezidentlə İran dəyişməyə başladı…
Bu kuklanın atası Təbriz başda olmaqla bütün Güney Azərbaycanı dəfələrlə qan gölündə boğub. 30 min türkü qırıb, on minlərlə insanımız ağır repressiyalardan keçib. Təbriz heç nəyi unutmayıb. “Şah” sözü gələndə türkün yumruğu düyünlənir orada. Bu elə bilir, uçağa minib Tehrana ensə, molla rejimindən bezən hər kəs onu bağrına basacaq. Molla–şah məsələsinin kənar əmrlə deyil, ÖZ iradəsi ilə etiraz edən kəsim üçün eyni qəpiyin iki üzü olduğunu dərk etmir. O qədər gerizəkalıdır…
Farslar günlərdir türklərə yalvarır: səsimizə səs verin, iqtisadiyyat çökür, siz çökmürsünüz, deyə. Təbriz “yox, baba” deyib halını pozmadan təsbehini çevirir. Fars bölgələrində qan axır, Təbriz seyr edir. Üstəlik, türk başqan Pezeşkian “vətəndaş narazıdırsa, suç yönətimdədir” deyib mollaların yanan ürəyini dağlayır. Nə deyəcəklər? Prezidentdir…
Təbrizin nəbzi. Təbriz Tacirlər Birliyi dünən açıqlama yayıb. “Biz kənar təsirlərlə körüklənən heç bir addıma qatılmayacağıq” yazaraq, Tehran başda olmaqla fars bölgələrini bürüyən etirazların daxili proses olmadığını bildirib, öz qazdıqları quyuya düşən farslara əl uzatmayacaqlarını rəsmən deyiblər. Əlləri ağrımasın…
Şahın oğlu da okeanın o tayında bığlarını çırmalayıb… Gəlirmiş… Hara? Gora??? Haydı, gözləyirik…
Aygün Muradxanlı
Prime TV
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ