İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləğv edilən Bakı Qızlar Universitetinin müəllimləri ÜSYAN ETDİLƏR: "Faktiki olaraq işsiz qalmışıq" - VİDEO

Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.

Bakı Qızlar Universitetində oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimə, eləcə də texniki işçiyə şamil edilməyib.

Müəllimlər deyirlər ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:

"Müəllimlərin sonrakı aqibəti ilə bağlı qərar yoxdur. Məlumdur ki, tələbələrimiz digər universitetlərə köçürüləcək. Bu da bizi, tələbələrimizi və valideynləri narahat edən məsələ idi. Mən də daxil olmaqla, əsas iş yeri bu universitet olan müəllimlər artıq faktiki olaraq işsiz qalıblar".

Digər müəllim isə bildirib ki, uzun illər bu universitetdə fəaliyyət göstərən akademik və texniki heyətin işsiz qalması hamını narahat edir:

"Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim işsiz qalmağımızı nəzərə alaraq işlə təmin olunmağımıza yardım göstərsinlər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR