Onlayn ictimai-siyasi qəzet
Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan İrəvanda keçirilən seçkiqabağı mitinqdə hakimiyyətin siyasətini kəskin tənqid edib və bir sıra qalmaqallı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan seçkiqabağı mitinqdə hakimiyyəti seçiciləri “illüziya xarakterli sülh” vədləri ilə aldatmaqda ittiham edib.
Tsarukyan bildirib ki, hakim qüvvə ölkə xəritəsi formasında nişanlar paylayaraq sülh vəd etdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev yeni tələblər irəli sürür və müharibə ilə hədələyir.
Siyasətçi və iş adamının sözlərinə görə, hakim komanda 8 illik iqtidarı dövründə insanları aldatmaq və verdiyi vədləri pozmaqla məşğul olub. O qeyd edib ki, bu, həm Qarabağ məsələsində, həm də cərimələrlə bağlı vədlərdə özünü göstərib.
Tsarukyan seçiciləri hazırkı hakimiyyətin qələbəsinə imkan verməməyə çağırıb və Ermənistanın “Qərbi Azərbaycan”a çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ