İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran və Venesualadan olan fiziki və hüquqi şəxslərə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) dron ticarətində iştirak edən İran və Venesueladan olan on fiziki və hüquqi şəxslərə sanksiya tətbiq edib.

Musavat.com nazirliyin saytında yerləşdirilən bildirişə istinadən xəbər verir ki, söhbət Venesuela və İranda yerləşən 10 fiziki və hüquqi şəxsə, o cümlədən Venesuela şirkətindən gedir. Xüsusilə Venesuela şirkəti Empresa Aeronautica Nacional-a sanksiya tətbiq edilib. Ümumilikdə, sanksiya siyahılarına İrandan beş fiziki və üç hüquqi şəxs, eləcə də Venesueladan bir fiziki və bir hüquqi şəxs əlavə edilib.

Eyni zamanda, OFAC altı fiziki şəxsə qarşı sanksiyaların ləğv edildiyini elan edib. Onların arasında Rusiya vətəndaşı, Kiprdə yaşayan üç Polşa vətəndaşı, İsveçrə vətəndaşı və ikili Rumıniya və İsrail vətəndaşlığına malik bir şəxs var.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR