İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşılbaş şair

“Hamı xoşbəxt oldu bu yer üzündə,

Kəpənək bağçada, arı pətəkdə,

Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş

Yenidən canlanan kiçik kötük də.

Mən niyə yadından çıxdım, görəsən,

Nə günah etmişəm bu böyüklükdə?"

(Həsən Kür, “Bağışla, İlahi” şeirindən)

Gözəl şeirlər müəllifi, Qarabağ qazisi Həsən Kür fevralda “maddi problemlər üzündən” (belə yazılmışdı, dəqiq bilmirəm) intihara cəhd etmişdi, ağır xəsarətlər almışdı. Lakin müalicəsinin xeyri olmadı, iki gün qabaq şair gənc yaşında öldü.

29 yaşında insan ölərmi? Döyüşdən sağ qayıdıb, zəfərlə qayıdıb, Bakıda, adı belə bu faciə ilə paradoksal səslənən “Sevinc” ticarət mərkəzinin döşəməsinə çırpılaraq ölmək nə deməkdir? Bu, canına qıyan neçənci qazidir? Dövlətin postravmatik stress, müharibə sindromundan əziyyət çəkən gənclərlə bağlı hansısa sosial-psixoloji, maddi-mənəvi proqramları nə üçün yoxdur?  Açığı, yazıq gəncin hələ fevralda Sabunçu xəstəxanasına aparıldığını oxuyanda ürəyimdə təəssüflə “Allah rəhmət eləsin” demişdim, çünki Allahdan gizli deyil, bəndədən niyə gizli olsun - hamımız o xəstəxanadakı vəziyyətdən agahıq.

Hər yerdə Həsən bəyin “Azərbaycan Yazıçılar Birliyi üzvü” olduğu yazılır. Mən AYB-nin 3 minə yaxın üzvünü, əlbəttə, tanımıram, ancaq maraqlı gəldi. Çünki təşkilatın gənc, üstəlik, qazi bir üzvü faciəvi şəkildə həlak olub, di gəl AYB-dən “tık” da yoxdur. Belə çıxır orada demensiyalı qocaların həyat və yaradıcılığı maraqlıdır.

Yenə hər bir halda dəqiqləşdirmək üçün internetdə axtardım. Başsağlığı, nekroloq, quru təəssüf cümləsinə rast gəlmədim. AYB-nin öz saytına, ədəbi orqanlarının saytına da baxdım. Heç nə yazmamışdılar. Görünür, qazilər və gənclər bu herontofil yaltaqlar təşkilatına ancaq özünə sərf edəndə lazım olur. İnanmırsınız? Buyurun: Həsən Kürü məhz qazi olandan sonra, 2023-cü ildə AYB-yə üzv seçibmişlər. Xəbər lentində Anar müəllimin ona üzvlük bileti təqdim eləməyi barədə köpüklü cızmaqara var idi.

Bu məsələni araşdıranda haradasa belə bir cümlə də oxudum: “Son illər 15 gənc yazıçı, şair intihar edib”. Rəqəm hansı dövrü əhatə edir, nə dərəcədə dəqiqdir, bir sözüm yoxdur, bilmirəm. Ancaq intihar edən gənc ədəbiyyatçıların bəzilərini şəxsən tanımışam və bu rəqəmin həqiqətə çox yaxın ola biləcəyini təxmin edirəm.

Şairlər, yazıçılar niyə intihar edir, bunun ədəbiyyata dövlət qayğısı, təqaüd, ev, kurort, titul və medal proqramları ilə hansısa əlaqəsi varmı? Necə deyərlər, şərhsiz. Yalnız bir anonsla bu temanı hələlik bağlayıram: yaxın günlərdə Vaqif poeziya günləri keçiriləcək. Orada çoxlu bəlağətli çıxışlar söylənəcək. Bir yerdə proqram gözümə dəymişdi, Qazaxdan başlayıb Şuşada bitirəcəklər. Şairin doğulduğu, öldüyü yerlər əhatə ediləcəkmiş.

Görəsən, proqrama Salyan rayonunu - Həsən Kürün doğulub, öldüyü bölgəni daxil etmək mümkündürmü? Əlaqədar orqanlardan xahiş edirik, bunu mümkün qədər nəzərə alsınlar. Hətta büdcədə marşrutu əsaslandırmaq üçün yardım əlimi uzadıram, belə deyərsiniz ki, Vaqif “Kür qırağının əcəb seyrangahı var” misrasıyla başlayan ünlü qoşmasını məhz Salyan rayonuna ithaf edibdir.

Üstəlik, “yaşılbaş” şairin biri də daha yoxdur. 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

04 Iyun 2026

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026