İnsanlara hürriyət, millətlərə istiqlal!

Ətsiz vətən partiyası

Şair demişkən, bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar. Bəli, yenə söhbətə ətdən başlamaq istəyirəm. Çünki uca millətimiz ət yeməsə, ət deməsə yaşaya bilməz. Bizim bütün mövzularımızın içərisində ət vardır: məhəbbət, səadət, mərhəmət, ətraf, ətir, ədalət, alət... Yalan olmasın, bütün lüğət tərkibimiz ətlidir, lüğət də içində olmaqla.

Hətta vətən sözümüzün içində bir şaqqa ətin asıldığını görməyə borcluyuq. Ona görə atalarımız məsləhət görmüşlər: “Verərsən ətdən-mətdən, İşlərəm bərkdən-bərkdən. Verərsən şordan-mordan, İşlərəm ordan-burdan”.

Yadımdan çıxmamış, bir tarixi əhvalatı nəql edim. Sovetin vaxtında Lerik tərəfdə Şirəli Müslümov adında bir ağsaqqal yaşayırdı. Saxtakar kommunistlər guya sovet adamının ən uzunömürlü olduğunu isbat eləmək üçün Şirəli kişinin 165 il yaşadığını ortaya atmışdılar. Təsəvvür edin. Bəs bu necə olmuşdu? Hər il Şirəli kişinin ömrünə 10 il “pripiska” edirdilər. Bir gün də kişini sürütləyib gətirirlər Bakıya, deyirlər xarici jurnalistlər üçün açıqlama verəcəksən, özü də uzun ömrün sirri kimi deyərsən ki, mən daha çox ağartı məhsulları yeyirəm. Tədbirə 1 həftə qalırmış, Müslümovu Bakıda “Inturist” mehmanxanasında saxlayırlar, hər gün yeməyə də ancaq qatıq, şor, süd-pendir kimi şeylər verirlər. Nəsə, vaxt yetişir, brifinq başlayır, hap-gop, xaricilər şaqqaşaq kişinin fotosunu çəkir, axırda deyirlər ki, Şirəli kişi, gələcək arzularınız nədir? Yazıq kişi ağlamsınmış deyir: “Mənə ət verin, ət!”

Təzəlikcə bir dəstə dələduzu, generalı-zadı tutmuşdular, sən demə onlar şabalıd alverində 3 milyon ziyana düşübdür. Fövqəladə halların zabitləri idilər. Bəs niyə generallarımız şabalıd alverinə vadar olsun? Generalı ağaca çıxardan xalq, acından ölməyə məhkumdur.

Tarixən bizdə generallar ət işinə baxırdılar. Bölgələrdə hər generalın öz qoyun sürüsü, mal ferması, dəvə karvanı olurdu. Nəticədə xalqımız da arada-bərədə ət yeyə bilirdi. İndi isə əti “qaquliklərə” tapşırmışıq, heyvanlar dabaqdan qırılır, mal bazarları bağlanır. Buna son qoyulmalıdır. Ağsaqqal təcrübəsi başqa şeydir.

Yenə tarixi ekskurs eləsək, Sovet təzə qurulan vaxtlarda Laçın rayonunda bir bəyi Sibirə sürgün edirlər, bunun qoyun-quzu, mal-heyvan sürülərini, ilxılarını-filanı da qatırlar kolxoza. Bir-iki il sonra heyvanın yarısı xəstəlikdən ölür, yarısını canavar aparır, dağdan uçan, seldə axan... Rayonun partkomu, Bakıdan göndərilmiş alovlu kommunist iclas çağırır, kəndlilərin üstünə bağırır: “Dünənə qədər bu heyvanları bəy üçün elə siz otarırdınız, hamısı cağbacağ idi. İndi niyə kolxoz üçün, ümumxalq əmlakı kimi otara bilmədiniz, tələf elədiniz?!” Kəndlilər yazıq-yazıq deyirlər: “Yoldaş raykom, o vaxt bəy bizə nəyi necə eləmək barədə göstəriş, buyruq verirdi, indi isə özbaşına qalmışıq, tapşırıq verən yoxdur”.

Girişdəki filoloji analizimizə dönsək, sizcə Ana Vətən Partiyasında böhranın məhz bölgələrdə mal bazarlarının bağlanması ilə eyni günə düşməsi təsadüfdürmü? Qətiyyən. Yazdım axı, vətəndə də ət var! Ət azalanda vətən parçalanır, partiyası da həmçinin.

Hamının qazanı qaynamalıdır, istər oğlan övlad olsun, istər qız. İndi isə şaqqanın bir tərəfi de fakto gəlmir. Vəziyyət çətindir. Ət çox olsa lap Qeyrət Partiyasını da saxlayardıq.

P.S. Oxucular haqlı olaraq sual verər ki, bəs ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar müəllimi niyə yenidən həbsə atdılar? Həqiqətən, bu nəsə konsepsiyamıza girmir. Burda güman edirəm nəsə veqan teması var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

02 Iyun 2026

01 Iyun 2026

31 May 2026

29 May 2026

28 May 2026

27 May 2026

25 May 2026

24 May 2026

22 May 2026

21 May 2026

20 May 2026

19 May 2026

18 May 2026

17 May 2026

15 May 2026

14 May 2026

13 May 2026

12 May 2026

11 May 2026

10 May 2026

08 May 2026

07 May 2026

06 May 2026

05 May 2026

04 May 2026

03 May 2026

01 May 2026

29 Aprel 2026