Onlayn ictimai-siyasi qəzet
“Hardan əkişdirmək önəmli deyil. Önəmli olan hara üçün əkişdirməyindir”
(Jan-Lük Qodar, rejissor)
Məktəblərin qış tətilinə çıxmağı xəbərini oxuyanda dükandan aldığım boyalı kənd toyuğunu necə gülmək tutdusa, atılıb tavadan düşdü ortalığa, başladı rəqs eləməyə.
Görəsən, qış tətilində repetitorlar nə edir? Hələ bir xəbər də var idi, onu ürəyimdə oxudum, qorxdum toyuğun qarnı cırılar, evdən qaçıb gedər, külfət ac qalar. Burda yazıram, siz də sakit oxuyun, nə olar, olmaz: “Ucqar kəndlərdə şagird sayı az olan məktəblərin bağlanması və onlayn, distant tədrisə keçilməsi proqramı hazırlanır”.
Yəni, məsələn, Astaranın Siyov kəndinə, ya da İsmayıllının Yeniyol kəndinə kompüter aparacaqlar, uşaqlar kamali-ədəblə, bardaşqurma ekran qarşısında oturub məsafədən dərs oxuyacaqdır. Bunu təsəvvür elədinizsə, sizə bir “beş”. Fantaziya dərsindən. Təzə fənndir, tarix, riyaziyyat, biologiya, rəsmxət və əmək təlimini birləşdirib düzəltmişik. Mədəniyyət dərsini keçən müəllimlər yarımştat Fantaziya dərsi də keçəcəkdir.
Arada uşağın atası gəlib bir şapalaq qoyacaq, deyəcək, a gədə, dur rədd ol, get danaları otar, oxuyub alim olacaqsan bəyəm... Zarafatsız, indi bir dəqiq faktı yazım, siz də gülün: İsmayıllının Yeniyol kəndinin yolu yox imiş!
Bəlkə də ağlamalıdır, ancaq neyləyim, mən pis-pis güldüm. Yəqin xalqımızı sevmirəm, ona görədir. Xalqı sevənlər yalnız kabinetlərdə oturur, bizə qismət olmadı.
Yəni, hökumətimizin şanlı konsepsiyası belədir ki, iş-gücü, yolu-yolağası, elektriki, qazı, bəzən hətta içməli suyu da olmayan kənddə onlayn dərs keçmək mümkündür. Müdriklər nə təhər demiş? Realist olun, mümkün olmayanı arzulayın! Vallah. Deyilənə görə, Çe Gevara bu afyorizmi çox sevərmiş, Allah qəni-qəni rəhmət eləsin, bizim Nemət Pənahlı da Meydan hərəkatı vaxtı İrana qaçmamışdan qabaq təxminən Çe müəllimə bənzəyirdi. (Yazının bu yerində oturun, durun).
Nəsə, mövzudan uzaqlaşmayaq, ciddi söhbət gedir. Uşaqlar üzrə təzə qanun hazırlanmışdır, orada bir bənd çox gözəldir: uşaqlara məktəbdə pulsuz psixoloji yardım ediləcəkmiş. Sən demə, indiyəcən pullu psixoloji yardım olunurmuş. Ortaya sual çıxır ki, məktəb psixoloqu repetitorluq edə bilərmi? Bunun üçün, əlbəttə, psixologiyanı hansısa qrupun imtahan biletinə salmaq lazım gələcəkdir, yoxsa yenə məktəblilərə ilkin psixoloji yardımı qapıçı xalalar və süpürgəçilər göstərməli olacaq.
Mümkün olmayan heç yoxdur (bax: Gevara hissəsi). Məsələn, əgər Mehdiabada tramvay, Masazıra metro, Şəkiyə kosmik raket xəttinin çəkilməsi planlaşdırılırsa, niyə İsmayıllının boş qalmış Yeniyol kəndindəki taxtapuşlu orta okulda (bunu ana dilimizi qorumaq üçün xüsusi vurğuladım) onlayn psixoloq ştatı açılmasın? Hələ regionların inkişaf planında Kürdəmirin Şahbəyli kəndində beynəlxalq limanın qazılması da nəzərdə tutulubdur, inşallah, o gün uzaqda deyildir!
Bir zənən xeylağı var, “Beynəlxalq Hüquqi Konsaltinq Xidməti” – qısa yazsaq, BHKX adında idarə düzəltmişdi. Vallah, ada baxırsan, elə bilirsən dünyanı zirzəmidən fırladan 300 masondan hansısa bu işin içindədir. Amma hökumət zənəni tutub basıb qazamata, deyir 145 nəfər zəhmətkeşimizə qarşı ümumilikdə 500 min manata yaxın dələduzluq etmişdir. Birinə viza verirmiş, başqasının bankla problemini həll edirmiş, üçüncüyə aliment alırmış və sairə. Yəni, bacımızı tutmasalar, de-fakto şəxsi “ASAN-xidmət” açıbmış.
380 min manat zərəri geri ödədiblər, qalır 100 minə yaxın, inşallah, o da ödənər. Belə istedadlı “hüquqşünaslar” daim xalqımıza xidmət göstərməlidir, bunları tutmaqdansa, apar, məktəbdə psixoloq işləsin. Mənə maraqlı gələn isə başqa detal oldu. Sən demə, bu zənən barədə şikayətlər hələ keçən ilin yayında varmış. O vaxt 12 nəfər 40 min manatlıq fırıldaq ittihamıyla hətta əlaqədar orqanlara şikayət edibmiş. Ancaq baxan olmadığı üçün dələduzluq şişib 400 mini keçib, zərərçəkənlər də olub 145 nəfər.
Gör nə qədər istedadlı və eyni zamanda saf camaatımız var. Tutmasalar, ilin axırına büdcə kəsirini bağlayarmış...
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
16 Iyun 2026
14 Iyun 2026
12 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ