Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ-ın sülh planının şərtlərini qəbul etməyib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.
O, səfəri zamanı ABŞ-ın sülh planı layihəsini müzakirə etdiyini, lakin onun müddəaları ilə razılaşmadığını bildirib.
“İddia edilən “razılaşma” və ya “müddəaların çıxarılması” ilə bağlı dərc edilən məlumatlar həqiqətə uyğun deyil”, - o vurğulayıb.
"Axios" daha əvvəl Umerovun bir çox şərhinin 28 bəndlik plana daxil edildiyini bildirib. Ukraynalı rəsmisi dəqiqləşdirib ki, Kiyev sənəddəki bir sıra müddəalara etiraz edir.
Musavat.com
29 Iyun 2026
28 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ