İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşu ölkədə dövlətdən vətəndaşlara pulsuz torpaq - Cəmi bir şərt qoyulur

Rusiya hakimiyyəti fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin vətəndaşlara pulsuz verilməsi imkanını müzakirə edir.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin açıqlayıb.

Onun sözlərinə görə, torpaq sahəsinin pulsuz verilməsi üçün əsas şərt həmin ərazidə üç il ərzində fərdi yaşayış evinin tikilməsi ola bilər.

“Fərdi yaşayış evlərinin tikintisini daha fəal inkişaf etdirəcəyik, çünki ölkə əhalisinin 63 faizi fərdi evdə yaşamaq istəyir. Bu, asan məsələ deyil. İnkişafın yeni mərhələsi bizdən qeyri-standart tədbirlər tələb edir. Hazırda istifadə olunmayan sahələr baxımından torpaq fondunun təhlilini hazırlayırıq”, – Xusnullin bildirib.

Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) daha əvvəl açıqladığı məlumata görə, cari ilin ilk yarısında ölkədə istifadəyə verilən yaşayış sahələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb.

Fərdi yaşayış evlərinin tikintisində isə azalma təxminən 29 faiz təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR