Onlayn ictimai-siyasi qəzet
“SEPAH”a yaxın mənbələr ərəb mediasına istinadən bildirir ki, İordaniyada yerləşən Müvəffəq əs-Səlti aviabazası İran raketləri və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilib.
Bununla yanaşı, ABŞ-ın Larak adasına hücumundan sonra Tehran hava limanının bağlanması ilə bağlı yayılan məlumatlar təkzib edilib.
Musavat.com xəbər verir ki, “Reuters” agentliyi İranın 32 şəhərindən raketlər buraxdığını iddia edib.
Hazırda İran raketlərinin ABŞ-ın hərbi bazalarına doğru atıldığı barədə məlumatlar yayılır.
“Press TV”nin məlumatına görə, İranın hücumları Fars körfəzində ABŞ-a məxsus hərbi gəmiləri də hədəfə alır.
Reuters isə “müharibənin başladığını” bildirir.
İraq mənbələri isə ilkin məlumatlara əsasən, İran raketinin ABŞ-a məxsus gəmiyə birbaşa zərbə endirdiyini iddia edir.
Bundan başqa, İrandan onlarla yeni raketin buraxıldığı barədə məlumat yayılıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın dənizdən mühasirəsinin davam etdiriləcəyini açıqlayıb.
ABŞ ordusunun Mərkəzi Komandanlığından bildirilib ki, İranın dəniz blokadası davam etdiriləcək.
İran dövlət televiziyasının jurnalisti isə Larak adasına hücumların qısa fasilə ilə iki mərhələdə həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, təxminən 40 dəqiqə əvvəl Sirik şəhərində səslər eşidilib. Bildirilib ki, bu səslər İranın hava məkanını və marşrutlarını qoruyan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olub.
Eyni zamanda, İordaniya səmasında İran raketlərinə qarşı ABŞ-a məxsus hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə keçdiyi barədə məlumatlar yayılır.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ