İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan Bişkekdə sülh çağırışı

Müharibənin davam etməsi nə İranın, nə regionun, nə də bütün bəşəriyyətin maraqlarına cavab vermir.

Musavat.com xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Bişkekdə Hindistanın Baş naziri Narendra Modi ilə keçirdiyi görüş zamanı bəyan edib.

İran dövlət başçısı ABŞ-dakı bəzi siyasi dairələri münaqişəni qızışdırmaqda ittiham edərək fikirlərini bölüşüb: "Əfsuslar olsun ki, Birləşmiş Ştatlarda müharibənin davam etməsində öz maraqlarını görən və münaqişənin uzanmasını istəyən qüvvələr var. Lakin biz hesab edirik ki, sülhün bərqərar olması üçün səyləri artırmaq, sülh, sabitlik və təhlükəsizlik istiqamətində irəliləmək vacibdir. Əminik ki, mövcud problemlərin yeganə həlli yolu yalnız dialoq və əməkdaşlıqdan keçir".

Pezeşkianın bu bəyanatı Tehranın regional böhranın dərinləşdiyi bir vaxtda diplomatik kanallara üstünlük verdiyini nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR