Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunun Əlyetməzli kəndində heyvana qarşı törədilən vəhşilik hər kəsin qəzəbinə səbəb olub.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə iki nəfərin kimsəsiz iti saxlayaraq işıq dirəyinə bağladığı və ona açıq-aydın işgəncə verdiyi əks olunub.
İnsanlıqdan kənar bu hərəkət izləyicilərin sərt etirazına yol açıb.
Görüntüləri yayan vətəndaşlar həmin şəxslərin tapılaraq qanunamüvafiq şəkildə cəzalandırılmasını tələb edirlər.
Hadisənin dəqiq hansı tarixdə baş verdiyi və görüntülərdəki şəxslərin kimliyi hələlik bilinmir.
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ