İnsanlara hürriyət, millətlərə istiqlal!

Yusif Eyvazov eks-xanımından danışdı - "Aramızda xüsusi kimya var"

Xalq artisti Yusif Eyvazov yenidən Rusiyanın Xalq artisti Anna Netrebko ilə eyni səhnəyə çıxıb. Avqustun 30-da sənətçilər Arena di Verona səhnəsində Cüzeppe Verdinin "Aida" operasında baş partiyaları ifa ediblər.

Tamaşa Veronada keçirilən 103-cü Opera Festivalının ən çox gözlənilən hadisələrindən biri olub və tam anşlaqla keçib. Yusif Eyvazov minlərlə tamaşaçı qarşısında "Radames", Anna Netrebko isə "Aida" partiyasını ifa edib. Bu, Netrebkonun 2026-cı il festivalı çərçivəsində Arena səhnəsində yeganə çıxışı olub.

Tamaşadan sonra Yusif Eyvazov Anna Netrebko ilə uzun fasilədən sonra yenidən eyni səhnədə görüşməsi ilə bağlı təəssüratlarını bölüşüb:

"Biz Madriddə "Trubadur" operasında birlikdə oxumalı idik, lakin təəssüf ki, Anna həmin vaxt iştirakını ləğv etdi. Buna görə də onunla birlikdə səhnəyə çıxmaq üçün həqiqətən çox darıxmışdım. Səhnədə aramızda həmişə xüsusi bir anlaşma, xüsusi kimya və enerji olub. Bunu nə uydurmaq, nə də oynamaq mümkündür. Onunla yenidən oxuduğum üçün çox şad idim və düşünürəm ki, hər ikimiz yenidən eyni səhnədə görüşməkdən çox xoşbəxt idik.

Dünənki tamaşa tam anşlaqla keçdi. Ümumiyyətlə, bu mövsüm Arena di Verona-da bir çox tamaşa "sold out" olub. Belə nəhəng arenanı tam doldurmaq olduqca çətin məsələdir. Bu, tamaşaçıların operaya böyük marağından xəbər verir. Tamaşaya Tişa da (Annanın oğlu Tyaqo - red.) gəlmişdi və onu görməyimə də çox şad oldum.

Bir-birimizi görməyə, yenidən birlikdə oxumağa çox şad idik. Gələcəklə bağlı ortaq yaradıcılıq planlarımız var, buna görə də qarşıda bizi hələ çox səhnə görüşləri gözləyir. Hər şey yaxşıdır, qoy hamı rahat yaşasın".

Qeyd edək ki, Yusif Eyvazovla Anna Netrebko bir neçə il əvvəl 10 illik evliliklərini sonlandırıb./Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR