İnsanlara hürriyət, millətlərə istiqlal!

Modi Putinə: “Müharibənin hər günü bəşəriyyəti geri itələyir”

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşən Hindistanın baş naziri Narendra Modi bir daha onu Ukrayna ilə müharibəni dayandırmağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Modi jurnalistlərə açıqlamasında bildirib: “Müharibənin hər günü bəşəriyyəti geri itələyir. Biz düşmənçiliyə son qoymağa doğru irəliləməliyik”.

Bildirilir ki, Hindistan və Rusiya liderləri Vladimir Putinin 2025-ci ilin dekabrında Hindistana dövlət səfərindən bəri ilk dəfə üz-üzə görüşüblər. Onlar bu ay Delhidə keçiriləcək BRICS sammitində dialoqlarını davam etdirəcəklər.

Narendra Modi əvvəllər də Vladimir Putini Ukraynadakı müharibəni dayandırmağa açıq şəkildə çağırmışdı.

“Bu gün müharibə vaxtı deyil. Sizinlə dəfələrlə telefonla danışmışıq: demokratiya, diplomatiya və dialoq dünyaya təsir etmək üçün vasitələrdir”, - deyə Modi 2022-ci ildə Səmərqənddə keçirilən ŞƏT sammitində bildirib.

O, 2024-cü ildə Moskvaya səfəri zamanı bildirib ki, problemin həllini tapmaq, bomba, silah və güllə mühitində uğurla sülh danışıqları aparmaq mümkün deyil.

Hindistan lideri həmçinin həmin il Kiyevə səfəri zamanı tərəfləri məsələnin həllini dialoq və diplomatiya yolu ilə tapmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR