İnsanlara hürriyət, millətlərə istiqlal!

Kallasdan kəskin bəyanat: Aİ Rusiyanın "kölgə donanması"na qarşı əməliyyatları genişləndirir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X sosial şəbəkəsindəki hesabında avqustun 30-da "EUNAVFOR MED IRINI" əməliyyatının qüvvələri tərəfindən Aralıq dənizində bayraq yoxlaması aparmaq üçün "MV SUN" tankerinin göyərtəsinə qalxıldığını bildirib.

Musavat.com xəbər verir ki, bu addım son aylarda Avropa İttifaqı tərəfindən Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən və saxlanılaraq yoxlanılan altıncı gəmidir.

Kallasın sözlərinə görə, "kölgə donanması" vasitəsilə həyata keçirilən qeyri-qanuni neft satışı Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əsas maliyyə mənbələrindən biridir.

Aİ-nin diplomatiya rəhbəri vurğulayıb ki, Avropa İttifaqı Moskvanın hərbi maşınını resurslardan məhrum etmək və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq üçün bu tür qanunsuz neft daşımalarını qətiyyətlə dayandırmağa davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR