İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorla ərə verilən 17 yaşlı qız evdən qaçdı - Ata-anası cehiz almağa gedibmiş

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinin qarşısı alınıb. 

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. 

Birlik sədrinin sözlərinə görə, azyaşlı qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıbmış. Valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə getdiyi zaman 17 yaşlı qız taksiyə minərək sığınacağa gəlib: 

“17 yaşlı qızın sentyabrın 20-də toyu olacaqdı. Olmayacaq. Qızın dədə-nənəsi cehiz almağa gedib Sədərəyə, qız da oturub taksiyə ki, “pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər”. O da gətirib... İçəri girəndə nə etdiyini demək istəmirəm...”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR