İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin simvoluna çevrilən Çeburaşkanın əsl sahibi bu şəxs imiş – hər şey Minskdən başladı

SSRİ-nin ən məşhur cizgi filmi qəhrəmanlarından biri olan Çeburaşkanın bu gün tanıdığımız görünüşünün yaradılmasında Minskdə doğulan rəssam-multiplikator Leonid Şvartsmanın həlledici rolu olub.

Musavat.com xəbər verir ki, Leonid Aronoviç Şvartsman 106 il əvvəl Minskdə anadan olub. 1971-ci ildə Çeburaşka haqqında cizgi filmi hazırlanarkən məhz o, qəhrəmanın vizual obrazını yaradıb.

Çeburaşka personajının müəllifi, yazıçı Eduard Uspenski də sonradan etiraf edirdi ki, qəhrəmanın böyük populyarlıq qazanması Şvartsmanın yaratdığı animasiya obrazından sonra baş verib. Rəssam əvvəlki təsvirlərdə o qədər də diqqətçəkən olmayan qəhrəmanı iri qulaqları və mehriban görünüşü ilə milyonların sevimlisinə çevirib.

Nəticədə Çeburaşka sovet tamaşaçılarının ən sevimli personajlarından birinə və SSRİ dövrünün tanınmış simvollarından birinə çevrilib. Xabarovsk, Kislovodsk və Çeboksarıda onun abidələri ucaldılıb. Çeburaşka sonradan Rusiya idmançılarının talismanı kimi də istifadə olunub. Hətta Tokioda bu personaja həsr olunmuş kafe fəaliyyət göstərib.

Şvartsmanın yaratdığı digər məşhur obraz – Şapoklyakın isə maraqlı tarixçəsi var. Rəssam etiraf edib ki, personajın bəzi xüsusiyyətlərini öz qayınanası Nina Frantsevnadan götürüb. Onun sözlərinə görə, portret oxşarlığı olmayıb, lakin saç topuzu və dəbli şlyapa məhz qayınanasının görünüşündən ilhamlanıb.

Şvartsmanın animasiyaya gəlməsində isə 1945-ci ildə Moskvada izlədiyi Uolt Disneyin “Bambi” filmi mühüm rol oynayıb. Rəssam sonralar həmin filmin ona çox güclü təsir etdiyini və məhz bundan sonra VGİK-də animasiya kinosu üzrə təhsil almağa qərar verdiyini danışıb.

“Soyuzmultfilm”də bir çox cizgi filmləri Şvartsmanın özünün “ekler” adlandırdığı üsulla hazırlanırdı: əvvəlcə səhnələri real aktyorlar oynayır, daha sonra animatorlar onların hərəkətlərini kadr-kadr kağıza köçürürdülər.

Müharibə illərində Çelyabinskdə zavodda çalışan Şvartsman inqilabçı Sergey Kirovun 3x4 metr ölçüsündə nəhəng portretini də çəkib. Əsər zavodun girişində asılıb.

Maraqlı faktlardan biri də budur ki, Hayao Miyazakinin sevimli cizgi filmlərindən biri 1957-ci ildə çəkilmiş “Qar kraliçası”dır. Həmin filmin quruluşçu rəssamlarından biri də Leonid Şvartsman olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR