İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarədə PANİKA! 184 sərnişin havada təhlükə ilə üzləşdi

Rusiyanın “Nordwind” aviaşirkətinə məxsus, Soçidən Kirova uçan sərnişin təyyarəsi hermetikliyini itirib. Hadisə səbəbindən təyyarə Mineralnıye Vodı şəhərində məcburi eniş etməli olub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, uçuşdan bir saat keçməmiş, göyərtəsində 184 sərnişinin olduğu təyyarənin ekipajı PAN-PAN təcili siqnalı verib.

Təyyarə təxminən 10,3 min metr yüksəklikdə olarkən hündürlüyün aşılması ilə bağlı xəbərdarlıq sistemi işə düşüb. Bundan sonra pilot kabinəsində təzyiqlə bağlı problem yaranıb.

Pilotlar təyyarəni 10,3 min metrdən 3 min metr yüksəkliyə endiriblər. Lakin kabinədə sabit hermetiklik təmin olunmayıb.

Nəticədə ekipaj Boeing 737-800 təyyarəsini ehtiyat aerodrom kimi Mineralnıye Vodı hava limanına endirmək qərarına gəlib.

Ertəsi gün həmin təyyarə Mineralnıye Vodıdan Kazana uçuş həyata keçirməli olub. Lakin havaya qalxdıqdan sonra ekipaj şassi ilə bağlı problem yarandığını bildirib. Təyyarə yenidən uçuş etdiyi hava limanına qayıdıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR