İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turan Tovuz” uduzdu, Berdiyevin istefasını tələb etdilər - Video

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən Qərb derbisində “Kəpəz” öz meydanında “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

Musavat.com xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri azarkeşləri önündə vacib 3 xal qazanıblar.

Qeyd edək ki, Qərb derbisində gəncəlilərin minimal hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb. Belə ki, məğlubiyyəti həzm edə bilməyən “Turan Tovuz” fanatlarının əsəbləri tarıma çəkilib. Qonaq komandanın azarkeşləri matçın ardından komandanın baş məşqçisi Kurban Berdiyevə kəskin etiraz bildirərək təcrübəli mütəxəssisi istefaya səsləyiblər.\\qafqazinfo.az

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR