İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın kabusuna çevriləcək yeni DRONLAR hazırladı

Rusiya son dörd gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb, onların təxminən 800-ü reaktiv dronlar olub.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Hava hücumundan müdafiə məsələlərinə dair məruzələr zamanı Zelenski bildirib ki, payızda Ukrayna Rusiya pilotsuz uçuş aparatlarının (PUA) vurulma effektivliyini artırmalıdır.

Onun sözlərinə görə, Rusiya tərəfi fasiləsiz dron hücumları vasitəsilə Ukraynanı və onun əhalisini tükəndirmək taktikası tətbiq edir.

Prezident son dörd gün ərzində müxtəlif tipli 1,5 minə yaxın PUA-nın tətbiq olunduğunu, bunlardan təxminən 800-nün reaktiv olduğunu vurğulayıb. Bununla belə, Ukrayna hərbçiləri aparatların böyük bir hissəsini vurmağa müvəffəq olurlar.

Zelenski Ukrayna HHM sistemləri üçün ən böyük çətinliyi məhz reaktiv dronların yaratdığını diqqətə çatdırıb. Hazırda onların zərərsizləşdirilməsi üzrə əsas işi döyüş aviasiyası yerinə yetirir.

Eyni zamanda, Ukrayna xüsusi qırıcı-dronlar (ələkeçirən PUA-lar) hazırlayır. Prezidentin sözlərinə görə, müvafiq aparatlar dörd şirkət tərəfindən ərsəyə gətirilib və bunlardan birində ən uğurlu variant əldə olunub.

"İndi həm Müdafiə Nazirliyi, həm də hərbçilər maksimal dərəcədə çalışmalıdırlar ki, Rusiya dronlarının hər bir tipini vurmaq üçün imkanlarımız mümkün qədər çox olsun", – deyə Ukrayna lideri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR