Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla münasibətlər və ölkənin gələcək seçimi ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Peskov yüksək səviyyədə keçirilən hər bir təmasın mühüm olduğunu bildirib.
“Prezident bu görüşdən istifadə edərək arqumentlərimizi bir daha ortaya qoyacaq. Amma biz ermənilərin özündən daha çox erməni ola bilmərik. Öz taleləri ilə bağlı qərarı ermənilərin özləri verəcəklər”, – Peskov deyib.
Kreml sözçüsünün sözlərinə görə, Rusiya Ermənistana bu məsələ ilə bağlı referendum keçirməyi təklif edir.
“Biz də məhz bunu etməyi – referendum keçirməyi təklif edirik. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçıları da onlara bunu təklif ediblər. Söhbət bütün bunlardan gedəcək”, – deyə Peskov bildirib.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ