Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ankaranın Ukrayna üzrə danışıqlarda vasitəçi olmağa hazır olduğunu bəyan edəcək.
Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Türkiyə hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
"Türkiyə tərəfi Ankaranın Ukraynadakı münaqişənin nizamlanmasına köməklik göstərməyə və tərəflər arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirəcək", - deyə agentliyin həmsöhbəti qeyd edib.
Mənbənin sözlərinə görə, dövlət başçıları Yaxın Şərqdəki vəziyyəti və Suriyadakı hadisələrin inkişafını da müzakirə edə bilərlər.
Qeyd edək ki, Putin və Ərdoğan Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində görüşəcəklər. Sammit avqustun 31-dən sentyabrın 1-dək baş tutacaq. Liderlər Ukrayna ətrafındakı vəziyyəti və Qara dənizdəki son durumu müzakirə edəcəklər.
Musavat.com
31 Avqust 2026
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ