İnsanlara hürriyət, millətlərə istiqlal!

"Napoli" doğma meydanda ŞOK YAŞADI: "Komo"dan sensasion qələbə - VİDEO

"Napoli" A Seriyasının ikinci turunda doğma meydanda "Komo" ilə qarşılaşıb.

Meydan sahibləri 1:2 hesabı ilə məğlub olublar.

Sesk Fabreqasın yetirmələri 17-ci dəqiqədə Martin Baturinanın qolu ilə hesabı açıblar. "Napoli" 30-cu dəqiqədə Rasmus Höylundun qolu ilə hesabı bərabərləşdirib.

Dörd dəqiqə sonra Anastasios Duvikas "Komo"nu yenidən hesabda önə çıxarıb. Neapol təmsilçisi bütün cəhdlərinə baxmayaraq, hesabı bərabərləşdirə bilməyib.

Qeyd edək ki, əlavə olunmuş vaxtda hakim Stanislav Lobotkanın vurduğu qolu hesaba almayıb.

"Napoli" üç xalla A Seriyasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. "Komo" isə dörd xal toplayaraq dördüncü sıraya yüksəlib.

Növbəti turda "Napoli" sentyabrın 5-də səfərdə "İnter"lə qarşılaşacaq. "Komo" isə sentyabrın 4-də "Cenoa"nı qəbul edəcək.//Oxu.az

@@TVmusavat/154157@@

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR