İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ABŞ İrana zərbə endirdi: Ölənlər və yaralananlar var

ABŞ İrandakı raket qurğularına zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Hücum Hörmuz boğazı istiqamətində dəniz minaları olan raketləri buraxmağa hazırlaşan iki qurğuya endirilib.

ABŞ administrasiyasının nümayəndəsinin sözlərinə görə, əməliyyat nəticəsində həmin raket qurğuları vurularaq sıradan çıxarılıb.

Bu arada İranın "Tasnim" agentliyi ABŞ pilotsuz uçuş aparatlarının (PUA) Larak adasına endirdiyi zərbələr nəticəsində ən azı iki nəfərin həlak olduğunu, daha iki nəfərin isə yaralandığını xəbər verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR