İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna, ABŞ və Avropa komandaları sülh planı üzərində birgə işləyəcəklər - Zelenski

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Kosta Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.

Musavat.com xəbər verir ki, bunu fon der Lyayen bu barədə X-də yazıb. Onun sözlərinə görə, Aİ rəhbərliyi Zelenskiyə dəstəyin davam edəcəyini bildiriblər: "Avropa Şurasının prezidenti ilə birlikdə Zelenski ilə danışdıq".

AK prezidenti qeyd edib ki, Aİ "Ukraynasız Ukrayna ilə bağlı heç nə yoxdur" prinsipinə sadiqdir.

Fon der Lyayen həmçinin Aİ liderlərinin şənbə günü Yohannesburqda keçiriləcək G20 sammiti çərçivəsində Ukraynadakı vəziyyətlə bağlı xüsusi görüş keçirəcəyini təsdiqləyib.

Zelenski isə Avropa Şurasının prezidenti və Avropa Komissiyasının prezidenti ilə danışıqlardan sonra bildirib ki, Ukrayna, ABŞ və Avropa komandaları sülh planı üzərində birgə işləyəcəklər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR