Onlayn ictimai-siyasi qəzet
“Bizim yol” hərəkatının koordinatoru Narek Karapetyan ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının (USCIRF) vitse-prezidenti, İrəvanda keçirilən “Namaz səhər yeməyi”nin iştirakçısı Asif Mahmudla görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə erməni nəşrləri yazıb.
Xatırladaq ki, “Namaz səhər yeməyi”nin iştirakçıları hakimiyyəti həbs olunan din xadimlərini azad etməyə çağırıblar.

Yeri gəlmişkən, Samvel Karapetyanın işi üzrə yeni gəlişmələr var. Karapetyanın vəkili Aram Vardevanyan noyabrın 15-də mətbuat konfransı keçirib. O, İstintaq Komitəsinin Karapetyanın həbs müddətinin uzadılması haqda vəsatətinə noyabrın 17-də baxılacağını deyib. Müdafiə tərəfinin bildirdiyinə görə, Samvel Karapetyanın həbsdə saxlanması ilə bağlı vəsatət qanunsuzdur.
“Noyabrın 17-də saat 16:00-da məhkəməyə çıxacağıq, məhkəmə binasının qarşısında dayanacağıq və 5 aya yaxındır qanunsuz həbsdə olan Samvel Karapetyana dəstəyimizi ifadə edəcəyik”, “Bizim yol” hərəkatının bəyanatında deyilir.

Rusiyanın “Nezavisimaya qazeta” nəşri də Ermənistandakı daxili vəziyyət haqda yazıb.
Bildirilir ki, baş nazir Nikol Paşinyan seçkini "Tramp yolu"nun tikintisini gələn il keçiriləcək parlament seçkilərində partiyasının seçki platformasının hərəkətverici qüvvəsinə çevirmək niyyətindədir.
“Paşinyan “Tramp yolu” nu özünün şəxsi layihəsinə çevirib və 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində onunla iştirak etmək niyyətindədir. Bununla belə, qeyd etmək lazımdır ki, o, Ermənistanda belə bir öhdəliyi götürə bilən yeganə siyasətçidir. Müxalifət qalib gəlsə, heç bir tikinti aparılmayacaq. Ermənistanın müxalifət mediası iddia edir ki, ABŞ prezidentinin oğlu kiçik Donald Tramp atasının adını daşıyan layihə ilə bağlı məsələləri müzakirə etmək üçün İrəvana səfər etməyi planlaşdırırdı, lakin Paşinyanın əleyhdarları səfəri poza biliblər. Konkret olaraq, rüsvay olmuş oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Taker Karlsona müsahibə verib və o, hökumətin Erməni Apostol Kilsəsinə hücumlarından danışıb, ondan sonra respublikaçının fikrindən daşındığı iddia edilib. Paşinyan isə iddia edir ki, onun hökuməti kiçik Trampın gözlənilən səfəri, nəinki onun ləğvi barədə heç nə bilmir”, - Rusiya nəşri yazıb.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ