Onlayn ictimai-siyasi qəzet
Xarkov vilayətində yerləşən Kupyansk şəhəri hazırda ağır dağıntılar və humanitar fəlakət mənzərəsi ilə gündəmə gəlir.
Musavat.com xəbər verir ki, dekabrın 29-da Rusiyanın “Qərb” qoşun qruplaşmasının komandanı Sergey Kuzovlyov Prezident Vladimir Putinə məruzə edərək bildirib ki, Kupyansk istiqamətində olan Ukrayna Silahlı Qüvvələri yanvar–fevral aylarında “tamamilə məhv ediləcək”.
Diqqətçəkən məqam ondan ibarətdir ki, eyni general daha əvvəl Kupyanskın guya “azad edilməsi” ilə bağlı verdiyi məruzəyə görə “Rusiya Qəhrəmanı” adına layiq görülmüşdü. Lakin aradan vaxt keçməsinə baxmayaraq, şəhər yenidən və daha ağır şəkildə hərbi əməliyyatların mərkəzinə çevrilib.
Hazırda Kupyansk viran qalmış yaşayış binaları, dağıdılmış infrastruktur və boş küçələrlə yadda qalır. Açıq mənbələrdə yayılan fotolar şəhərin faktiki olaraq yaşayış üçün yararsız hala düşdüyünü göstərir. Bir vaxtlar “azad olunduğu” iddia edilən Kupyansk bu gün müharibənin acı və dağıdıcı nəticələrinin rəmzinə çevrilib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ