Onlayn ictimai-siyasi qəzet
İran Avropa ölkələrinin Hörmüz boğazında minadan təmizləmə əməliyyatlarında iştirakına icazə vermək imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, bu adım Tehranın strateji su yolu ilə bağlı əvvəlki sərt mövqeyini yumşaltdığına işarə edir. Rəsmi Tehran daha əvvəl boğazda hər hansı xarici dövlətin iştirakının qəti şəkildə əleyhinə çıxış etsə də, son həftələrdə aparılan qapalı danışıqlarda daha çevik mövqe nümayiş etdirməyə başlayıb.
Dənizdə gərginliyin azaldılması və nəqliyyatın normallaşdırılması üzrə keçirilən müzakirələrin əsas məqsədi regionda gəmiçiliyin təhlükəsizliyini bərpa etməkdir. Avropa ölkələrinin minadan təmizləmə prosesinə cəlb olunmasının, eyni zamanda İran ilə ABŞ arasındakı diplomatik təmasların irəliləməsinə də müsbət təsir göstərəcəyi gözlənilir.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ