Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Şişa uorld” MMC-dir.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Şişa uorld” MMC-nin səhmlərinin 100 faizi Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabrında təsis edilib.
Bundan əvvəl mediada Azərbaycandan benzin idxal edən şirkətin Milli Assambleyada “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Xaçatur Sukiasyana aid “Sil” konserninə daxil “Meqa Treyd” olduğu barədə məlumat yayılıb.
“Meqa Treyd” Azərbaycandan 600 ton benzin idxal edib.
Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə ümumilikdə premium sinifli benzin daşıyan 22 vaqon gətirilib.
Məlum olub ki, bu benzin Sukiasyan ailəsinə məxsus “Ran Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram (1,93 manat) qiymətinə satılır.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ