İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin avtomobili avtopark rejimində suya düşdü - VİDEO

Çində Xiaomi SU7 elektrik sedanı avtopark funksiyası işləyərkən su hövzəsinə düşüb.

Hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, hadisə 7 dekabr tarixində baş verib. Sürücü avtomobili nəzərdə tutulan dayanacaq yerinin yanında saxlayaraq avtomatik park etmə funksiyasını aktivləşdirib, lakin sistem hündürlük fərqini nəzərə almayıb və nəticədə maşın suya düşüb.

Avtomobil sahibi istehsalçıdan kompensasiya tələb edib. İstehsalçı isə cavab olaraq bildirib ki, park asisti işə salmazdan əvvəl sürücü ətraf mühitin təhlükəsizliyinə əmin olmalıdır, o cümlədən kəskin enişlər və təhlükəli yamacların olmamasını yoxlamalıdır./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR