İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azadlığın qədrini bilin, cinayət törətməkdən uzaq olun" - VİDEO

"Prezident İlham Əliyevə amnistiya təşəbbüsü üçün minnətdarlığımı bildirirəm. Mən və ailəm buna görə çox sevincliyik. Digər məhkumlara da azadlıq arzu edirəm. Azadlığın qədrini bilib, cinayət törətməkdən uzaq olmaq lazımdır".

Bu sözləri Musavat.com-a açıqlamasında Bakı İstintaq Təcridxanasında azadlığa buraxılan Seyidağa Məmmədzadə bildirib.

"5 ay 26 gün cəza almışdım. Bu cəzanın yarısını çəkmişdim. Bir daha aministiya aktına görə dövlət başçımıza təşəkkürümü bildirirəm", - deyə azadlığa çıxan məhkum qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR