Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Ridlingen şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində bir neçə nəfər həlak olub.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan qatarda təxminən 100 sərnişin olub. Hadisə nəticəsində azı 3 nəfərin həyatını itirdiyi, 50-dən çoxunun isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Fövqəladə hadisə meşəlik ərazidə yerləşən dəmir yolu sahəsində baş verib. Axtarış-xilasetmə işləri davam edir, xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib və bir neçəsi helikopterlə xəstəxanalara çatdırılıb.
Almaniya rəsmiləri qəzaya nə səbəbin yol açdığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Hadisənin dəqiq səbəbləri yaxın günlərdə açıqlanacaq.


09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ